Abşeronun iki qəsəbəsində su kəsilibbackend

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.