Ağ Ev Ukraynaya daha 100 milyard dollar yardım tələb edə bilərbackend

RT xəbər verir ki, ABŞ administrasiyası Ukraynaya yardım üçün Konqresdən 100 milyard dollar məbləğində əlavə vəsait tələb edə bilər.

Bu mövzu ilə bağlı bəyanatı Missuri ştatından respublikaçı senator Erik Şmit verib.

O, izah edib ki, Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə ABŞ-ın müdafiə naziri Lloyd Ostindən Ağ Evin nöqteyi-nəzərindən Ukraynaya yardım üçün ayrılacaq vəsaitin həcminə aydınlıq gətirilməsi istənilib. Ostin buna cavab olaraq bildirib ki, ABŞ administrasiyası Senata 100 milyard dollar üçün daha bir sorğu göndərə bilər.

Mənbə: TASS