Aİ-dən sığınacaq üçün müraciətlərin sayı son 7 ilin ən yüksək həddinə çatıbbackend

Keçən il Avropa İttifaqında Birlik ölkələrində sığınacaq üçün 1,1 milyon müraciət qeydə alınıb ki, bu da son 7 ildə rekord göstəricidir. Bu barədə TASS Aİ Sığınacaq Agentliyinə (EUAA) istinadən xəbər verir.

2023-cü ildə sığınacaq üçün 1,1 milyondan çox müraciət edilib ki, bu da əvvəlki illə müqayisədə 18% çoxdur. Müraciətlərin əksəriyyətini Suriya və Əfqanıstan vətəndaşları verib.

Müraciətlərin sayında birinci yeri Almaniya (334 min), ikinci yeri Fransa (167 min), İspaniya (162 min) və İtaliya (136 min) tutub.

Mənbə: TASS