Aİ Rusiyanın aktivlərindən əldə etdiyi 5 milyard avro gəliri Kiyevə köçürməmək qərarına gəlibbackend

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gəlir kimi əldə etdiyi 5 milyard avronu Ukraynaya köçürməmək qərarına gəlib.

Bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, dondurulmuş Rusiya gəlirlərindən 2024-cü il fevralın 15-dək alınan pul Rusiyada və digər ölkələrdə davam edən və potensial məhkəmə çəkişmələrinin xərclərini ödəmək üçün Brüsselin Euroclear mərkəzi depozitarında qalacaq.

Əvvəllər bildirilirdi ki, Aİ-nin dondurulmuş Rusiya aktivlərindən istifadə etmək planları Avropa iqtisadiyyatı üçün ciddi itkilərlə nəticələnə bilər.

Avropa komissarı Didier Reynders, 2027-ci ilə qədər Aİ-nin Rusiyanın suveren aktivlərindən təxminən 15 milyard avro qazanacağını gözlədiyini, Avropa yurisdiksiyasında olan ümumi məbləğin təxminən 200 milyard avro olduğunu söyləyib.

Mənbə: A Haber