Alimlər ilk “isti qanlı” dinozavrların Yer kürəsində nə vaxt peyda olduğunu aşkar ediblərbackend

Böyük Britaniya və İspaniyadan olan bir qrup paleontoloq təqribən 180 milyon il əvvəl bəzi dinozavrların bədən istiliyini tənzimləmək qabiliyyətinə yiyələndiyini və bu da onları məməlilərə və quşlara yaxınlaşdırdığını müəyyən edib. Tədqiqat Current Biology (CurBio) elmi jurnalında dərc olunub.

Elm adamları 1000 fosildən, iqlim modellərindən və dövrün coğrafiyasından istifadə edərək, mezozoy erası boyunca (230-66 milyon il əvvəl) qədim dinozavrların Yer kürəsində müxtəlif iqlimlərdə yayılmasına nəzər salıblar.

Komanda, üç əsas dinozavr qrupundan ikisinin Erkən Yura dövründə daha soyuq iqlimlərə köçdüyünü aşkar edərək, onların bu dövrdə endotermiya (daxili istilik yaratmaq qabiliyyəti) inkişaf etdirə biləcəyini irəli sürdü. Söhbət teropodlardan (məsələn, tiranozavrlar və velosiraptorlar) və ornitiskilərdən (o cümlədən ot yeyən steqozavrların və triceratopların qohumlarından) gedir.

Mənbə: Lenta.ru