Alimlər Tonqa vulkanının güclü partlayışının dağıdıcı nəticələrini qiymətləndiriblərbackend

Rod-Aylend Universitetinin amerikalı okeanoloqları 15 yanvar 2022-ci ildə Hunqa Tonqa-Hunqa Haapai adaları yaxınlığında Sakit Okeanda baş vermiş ən güclü sualtı vulkan püskürməsinin nəticələrini öyrəniblər. Tədqiqat Communications Earth & Environment (CEE) elmi jurnalında dərc olunub.

Fəlakət yerində aparılan müşahidələrin göstərdiyi kimi, vulkan külü dənizin dibini 2,5 kilometr radiusda bürüyərək orada yaşayan midye, ilbiz və digər heyvanların populyasiyasını məhv edib.

“Təbii hadisə olsa belə, dağıntıları izləmək ürək ağrıdıcı idi. Bu nəhəng, zəngin ekosistem demək olar ki, tamamilə yox olub. Sadəcə, tam dağıntı var idi,” tədqiqatın müəllifi, okeanoloq Roksan Beyart dedi.

Mənbə: TASS