Almaniyanın hərbi-sənaye konserni Rheinmetall Ukraynada ən azı dörd silah fabriki açmaq niyyətindədir. Bu barədə “France 24” telekanalı məlumat yayıb.
Konsernin baş direktoru Armin Pappergerin sözlərinə görə, Ukraynadakı Rheinmetall zavodları mərmi, hərbi texnika, barıt və zenit silahlarının istehsalı üçün nəzərdə tutulacaq. O qeyd edib ki, Ukrayna hazırda konsern üçün mühüm tərəfdaşdır. Rheinmetall orada hər il 2-3 milyard avro dəyərində silah satmağı gözləyir.
Materialda qeyd olunur ki, Rheinmetall artıq Ukraynada hərbi texnikanın təmiri üzrə birgə müəssisə fəaliyyət göstərir. Konsern həmçinin Litvada zavod tikmək niyyətindədir, Almaniya burada daimi olaraq bir briqadadan ibarət hərbi hissəsini yerləşdirməyi planlaşdırır.
Mənbə: France 24