Amerika Ədliyyə Nazirliyi haker şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıbbackend

ABŞ Ədliyyə Nazirliyi təhlükəsizlik ekspertlərinin Rusiyaya bağlı olduğu iddia edilən Fancy Bear haker şəbəkəsini zərərsizləşdirdiyini bildirib. TASS bu barədə Amerika nazirliyinin bəyanatına istinadən xəbər verir.

“Ədliyyə Departamenti Rusiya hakimiyyətinin ABŞ və müttəfiqlərimizə, o cümlədən Ukraynaya qarşı kiber kampaniyalar aparmasına mane olmaq üçün səylərini gücləndirir” deyə baş prokuror Merrik Qarland bildirib.

ABŞ Ədliyyə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, yanvar ayında məhkəmə yüzlərlə kiçik ofis ev marşrutlaşdırıcısının daxil olduğu şəbəkənin zərərsizləşdirilməsi əməliyyatına icazə verib. ABŞ Ədliyyə Nazirliyi zərərsizləşdirilən şəbəkənin guya Rusiya xüsusi xidmət orqanlarının maraqlarından çıxış etdiyini iddia edir.

Mənbə: TASS