Alman arxeoloqları Almaniyanın qərbində Belçika ilə sərhəddə yerləşən Axen şəhərində qazıntılar zamanı Roma qalasının xarabalıqlarını aşkar ediblər. Təhlillər göstərdi ki, qalan 1700 il əvvəl tikilib.
Araşdırmanın nəticələri Axen şəhərinin rəsmi saytında dərc olunub.
Tarixçilər 140 ildən artıqdır ki, bu ərazidə hardasa eramızın III əsrinin ikinci yarısında Roma yaşayış məntəqəsini dağıdan barbar frank tayfalarının hücumlarından müdafiə etmək üçün qədim romalılar tərəfindən tikilmiş istehkamların olmasından şübhələnirlər. Onların təxminləri yalnız 2014-cü ildə təsdiqlənib və strukturların qazıntılarına 10 ildən sonra başlanılıb.
Alimlərin fikrincə, divarın tikilmə üsulu dərhal onun Roma mənşəli olduğunu göstərir. Bunu beton harç və hörgü sübut etdi. Bundan əlavə, təməlin qurulmasının ölçüləri və üsulu Orta əsrlərdə istifadə edilən üsullardan fərqlənirdi.
Mənbə: Haberler.com