Arxeoloqlar Makedoniyalı İskəndərin atasının qalıqlarını tapıblarbackend

Arxeoloqlar qalıqların 1977-ci ildə tapılan qədim yunan məzarına aid olduğunu müəyyən ediblər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mütəxəssislər bu məzarda Makedoniyalı İskəndərin atası kral II Filippin qalıqlarının olduğunu təsdiqləyiblər.

Əvvəlcə kral məzarlarında Makedoniyalı İskəndərin atasının, oğlunun və böyük ögey qardaşının olduğu güman edilirdi. Daha sonra elm adamları ata və ögey qardaşı səhvən müəyyən etdiklərinə qərar verdilər.

Mütəxəssislər indi əmindirlər ki, ögey qardaşın skeleti Makedonskinin atasının qalıqları, atanın skeleti isə ögey qardaşının qalıqlarıdır.

Mənbə: Daily Mail