ASAN: “Tezliklə Qarabağın gözü Şuşada xidmət edəcəyik!” – VİDEObackend

28 il sonra düşmən işğalından azad olunan Şuşaya qayıdışımız möhtəşəm olacaq.

Ölkə başçısının da dediyi kimi Şuşada düşmən tərəfindən məhv edilən mədəniyyət abidələri, məscidlər bərpa ediləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də yaxın zamanda işğaldan azad edilən Şuşada növbəti “ASAN xidmət” mərkəzini açmağa hazırlaşır.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıdırıq!