Astronomlar Kainat tarixində ən güclü qara dəlik partlayışlarından birini aşkar ediblərbackend

ABŞ-ın Smithsonian Astrofizika Rəsədxanasının mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq kosmik tədqiqatçılar qrupu məlum kainat tarixində baş vermiş ən güclü qara dəlik püskürmələrindən birinin izlərini aşkar ediblər. Məqalə The Astrophysical Journal (TAJ) elmi jurnalında dərc olunub.

Chandra X-ray Rəsədxanası və Aşağı Tezlikli Array radio teleskopunun köməyi ilə aparılan müşahidələr göstərdiyi kimi, Yerdən 3,8 milyard işıq ili uzaqlıqda yerləşən SDSS J1531+3414 sistemində astronomik nisbətlərdə kataklizm baş verib.

SDSS J1531 yüzlərlə qalaktik sistemləri, qaz anbarlarını və qaranlıq maddəni ehtiva edən nəhəng qalaktika klasteridir. Onun mərkəzində bu strukturun toqquşma prosesində olan ən böyük iki qalaktikası yerləşir. Birləşən qalaktikalar simdəki muncuqlar kimi S şəklində düzülmüş 19 ulduz superklasteri ilə əhatə oluub.

Mənbə: Lenta.ru