Avropa İttifaqı Gürcüstandakı vəziyyətlə bağlı xarici işlər nazirlərinin iclasını elan edibbackend

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin xarici işlər nazirləri mayın 27-də planlaşdırılan görüş keçirəcək və görüşdə Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcəklər.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə regional birliyin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib.

“Ciddi proseslər fonunda mayın 27-də Gürcüstan [Aİ üzvü olan ölkələrin] xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq”, – o deyib.

Stano bildirib ki, diplomatik departamentlərin rəhbərləri xarici agentlər haqqında qanunun qəbulu fonunda Gürcüstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq və bu problem çərçivəsində gələcək addımları müəyyən edəcəklər.