Aİ ölkələri Ukraynaya hərbi yardımı sürətləndirmək niyyətində olduqlarını bildiriblər. RİA Novosti xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul edilmiş sənəddə deyilir.
“Bu kritik anda Avropa İttifaqı və üzv ölkələr bütün lazımi hərbi yardımın çatdırılmasını sürətləndirəcək və intensivləşdirəcək”, – sammitin yekunu üzrə sənəddə deyilir.
Bundan əlavə, Aİ liderləri Ukraynaya “lazım olduğu müddətcə” dəstəyini davam etdirəcəklərini açıqladılar. Sənəd Aİ-nin Ukraynaya 1 milyon artilleriya mərmisi tədarükü ilə bağlı əvvəlki öhdəliyini yerinə yetirəcək Kiyevi silah və sursatla təmin etmək üzrə son təşəbbüsləri alqışlayır.
Mənbə: RİA Novosti