Avropa Parlamentinin qarşısında tikanlı məftilli “kirpilər” quraşdırıldıbackend

Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda tikanlı məftilli “kirpilər” quraşdırılıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.

Bildirilib ki, Belçikanın paytaxtında Avropa Parlamentinin deputatları və hakimiyyət orqanları qəzəbli yerli fermerlərin kolonunun traktorlarla gəlməsinə hazırlaşırlar.

Xatırladaq ki, Avropa ölkələrində fermerlər iğtişaşlar törədirlər. Məsələn, Fransanın 40 kommunasında hökumətdən dəstək tədbirləri tələb edən fermerlərin etiraz aksiyaları keçirilir.