Avstriya Xarici İşlər Nazirliyi Ukraynaya hərbçilərin göndərilməsi imkanlarını dəyərləndiribbackend

Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq bildirib ki, Vyana öz neytrallığına görə Ukrayna ərazisinə hərbi personal göndərməyi planlaşdırmır.

Onun fikrincə, belə müzakirələrə ehtiyac yoxdur, Vyana neytrallığa sadiq qalacaq. Nazir əlavə edib ki, Avstriya Ukraynaya hərbi personal, hərbi material, silah və ya sursat göndərməyəcək.

Şallenberq Şimali Atlantika Alyansında bu məsələdə konsensusun olmadığını vurğulayıb.

Bundan əvvəl Finlandiyanın xarici işlər naziri Elina Valtonen demişdi ki, Qərb ölkələri, o cümlədən ABŞ, münaqişənin kəskinləşəcəyi təqdirdə Ukraynaya qoşun göndərilməsi ideyasına qəti şəkildə qarşı çıxmamalıdır.

Mənbə: TASS