Azərbaycanda üçüncü kurs tələbəsi vəfat etdibackend

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Aytən İlkin qızı Musayeva vəfat edib.

Bu barədə Tibb Universitetinin “Facebook” səhifəsində paylaşım edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tələbə iki gün öncə yüksək hərarətlə özəl xəstəxanalardan birinə yerləşdirilib. Müalicələrə baxmayaraq, bu gün vəfat edib. İlkin məlumata görə, tələbə sepsis infeksiyasından dünyasını dəyişib.