Azərbaycanda vaksinlər enerji içkiləri üçün nəzərdə tutulmuş soyuducuda saxlanılması ilə bağlı AÇIQLAMAbackend

Bakı şəhərində yerləşən 16 saylı Şəhər Poliklinikasında koronavirusa qarşı peyvəndlərin enerji içkiləri üçün nəzərdə tutulan soyuducuda saxlanılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılan foto geniş müzakirələrə səbəb olub.

Məsələ barədə 16 saylı Şəhər Poliklinikası ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vaksin məntəqələrinin və müraciət edənlərin sayı artdıqca peyvəndlərin saxlanılması üçün soyuduculara da ehtiyac yaranır:

“Özəl şirkətlər tərəfindən peyvəndlərin saxlanılmasına dəstək olunması məqsədilə xəstəxanalara soyuducular ianə olaraq verilib və vaksinasiya bitdikdən sonra şirkətə qaytarılacaq.

Məlumat üçün bildirək ki, soyuducu vaksinin saxlanılması üçün lazım olan 2-8 dərəcə temperaturu təmin edir və vaksinlər təhlükəsiz şəkildə  saxlanılır”.