Azxeber.com informasiya portalının 14 yaşı tamam olurbackend

Bu gün Azxeber.com informasiya portalının 14 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.

İctimai.az olaraq Azxeber.com portalında çalışan həmkarlarını təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayır.