Bakıda kişi tanımadığı məktəbli qıza yaxınlaşdı: Polis hərəkətə keçdibackend

Bakıda kişi küçədə məktəbli qızlardan birinə yaxınlaşıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

Naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib.

Məktəbli onun təklifini rədd edib. Baş verənlər ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Onun başqa məktəbli qızlara da yaxınlaşdığı ehtimal olunur.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Həmin hadisənin görüntüləri təqdim edirik: