Bayden ABŞ ordusuna Çin və Tayvan arasında mümkün müharibəyə müdaxilə etməyə icazə verdibackend

ABŞ prezidenti Co Bayden ABŞ əsgərlərinin materik Çin və Tayvan arasında mümkün münaqişəyə müdaxilə edəcəyini istisna etməyib. Amerika lideri bu barədə “Time” jurnalına müsahibəsində bildirib.

“Mən ABŞ Silahlı Qüvvələrinin istifadəsini istisna etmirəm. Quruda yerləşdirmə, hava qüvvələri, dəniz qüvvələri və s. arasında fərqlər var”, – deyə Bayden Çinin genişmiqyaslı hərbi əməliyyata başlayacağı təqdirdə Amerika əsgərlərinin Tayvanda peyda olub-olmayacağı sualına cavab verib.

Eyni zamanda ABŞ prezidenti ABŞ-ın Çin ordusuna zərbə endirmək üçün Yaponiya və Filippindəki bazalarında silahdan istifadə edib-etməyəcəyi sualına cavab verməkdən yayınıb.

Mənbə: Time