ABŞ prezidenti Co Bayden şənbə günü G7 ölkələrinin liderləri, eləcə də Ukraynaya yardım və Rusiyaya təzyiq məsələlərini müzakirə etmək niyyətində olduğu Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. RİA Novosti bu barədə Ağ Evin bəyanatına istinadən xəbər verir.
“Şənbə günü prezident G7 liderlərinin qalan hissəsi və Vladimir Zelenski ilə Ukraynaya davamlı dəstəyi müzakirə etmək üçün videokonfransda iştirak edəcək”, – mesajda deyilir.
Bundan əlavə, Ağ Ev rəhbəri “Rusiyanı məsuliyyətə cəlb etmək” mövzusunu qaldırmaq niyyətindədir.
Mənbə: RİA Novosti