Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edirbackend

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikasında sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyası davam edir.

İctimai.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən Baytarlıq Klinikası sahibsiz heyvanların ödənişsiz sterilizasiya aksiyasını davam etdirir. 2023-cü ilin oktyabr ayından start verilən aksiya çərçivəsində növbəti tədbir keçirilib.

Aksiyanın davamı olaraq 27 aprel 2024-cü il tarixində Almaniyanın “Tierschutz Entwicklungshilife e.v” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Rusiya, Almaniya, İspaniya, Qazaxıstan, Özbəkistan dövlətlərindən Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Baytarlıq Klinikasına 8 nəfərdən ibarət veterinar həkim-cərrah və feldşer-assistentləri dəvət olunublar. Olga Evgenevna, Arina Andreevna, Milena Azarova, Valentina Anatolevna (Rusiya), Alevtina İlşatovna (İspaniya), Yekatirina Nikolayevna (Almaniya), Marina Kim (Qazaxıstan), Yuliya Kovalenka (Özbəkistan).

“Tierschutz Entwicklungshilife e.v” Beynəlxalq Fondu ilə birgə həyata keçirilən heyvanların sterilizasiyası üzrə xeyriyyə aksiyasına Klinikamızda fəaliyyət göstərən baytar həkimləri və Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində təhsil alan tələbələri əyani praktik təlimlərdə iştirak edirlər.

Aksiya 2-4 may 2024-cü il tarixlərində Gəncə Şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakultəsində davam etdiriləcək.