Belarus Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıbbackend

Ərazi müdafiə qüvvələri ilə komanda-qərargah təlimləri Qomel vilayətinin Roqaçev və Kormyanski rayonlarında başlayıb, bu rayon Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir. Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Təlimlərdə könüllü milislərin də cəlb olunması ilə obyektlərin mühafizəsi və müdafiəsi, o cümlədən hərbi vəziyyətin təmin edilməsində iştirak məsələləri işlənəcək. Ərazi qüvvələrinin hərbi hissələrinin vəzifəli şəxslərinin döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə hazırlığı da qiymətləndiriləcək. Şəxsi heyət müdafiə tapşırıqlarının həlli zamanı öz vəzifələrini yerinə yetirmək üçün təlim keçəcək və s.

Eyni təlimlər Litva ilə həmsərhəd Qrodno vilayətinin Voronovski rayonunda da başlayıb. Bu tədbir üçün rayonun hərbi xidmətə cəlb olunmuş ərazi qoşunlarının toplanışları təşkil olunub. Təlimin məqsədi ehtiyatda olan zabitlərin tabeliyində olan müdafiə qüvvələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsidir.

Mənbə: Lenta.ru