Beyons və Cey Zi Kaliforniyanın ən bahalı evi alıblarbackend

Müğənni Beyons və əri reper Cey Zi Kaliforniyanın ən bahalı malikanəsini alıblar.

Bu barədə mənbəyə istinadən TMZ məlumat yayıb.

Beyonce və Jay-Z Malibu’nun Paradise Cove adlı prestijli ərazisində daşınmaz əmlak sahibi oldular. Sakit okeana baxan uçurumun üstündə yerləşən malikanə məşhur yapon memarı Tadao Ando tərəfindən layihələndirilib. Əvvəlcə o, rekord qiymətə – 295 milyon dollara satışa çıxarılsa da, ulduz cütlüyə daha kiçik məbləğə – 200 milyon dollara satılıb.Lakin jurnalistlərin fikrincə, bu gün Kaliforniya ştatının ən bahalı evidir.

2017-ci ildə cütlük 88 milyon dollara Qərbi Los-Ancelesdəki Bel Air-də malikanə alıb.

Mənbə: Gazeta.ru