Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaqbackend

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Vurğulanıb ki, aprelin 22-də əsasən gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.