“Bloomberg” Ukraynaya yardımla bağlı Avropanın parçalandığını bildiribbackend

Ukraynaya yardım məsələsi Avropanı parçaladı, onun şərqindəki ölkələr qərb ölkələrinə getdikcə daha az güvənirlər. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məqalədə deyilir ki, Ukraynada artilleriya sursatlarının doldurulması və onların alınma yerləri ilə bağlı mübahisə son nəticədə “silinməz iz” qoya və Avropaya inteqrasiya prosesini təhlükə altına sala biləcək ziddiyyətlər yaradır.

Mənbələrin məlumatına görə, Şərqi Avropa ölkələri Qərbi Avropanı Kiyevin ehtiyaclarını eşitməməkdə günahlandırır. Eyni zamanda, nəşr qeyd edir ki, Şərqi Avropa Rusiyanın Ukrayna ilə münaqişədə qələbəsini Qərbə heç vaxt bağışlamaya bilər.

Mənbə: Bloomberg