Boeing mühəndisi 787 Dreamliner gövdələrindəki ciddi qüsurlardan danışırbackend

Uzun məsafəli Boeing 787 Dreamliner təyyarələrinin gövdələrində onların istehsalı və yığılması səbəbindən ciddi qüsurlar ola bilər. Bu fikri “The New York Times” qəzetinə müsahibəsində “Boeing” mühəndisi Sem Salehpur bildirib.

On ildən artıqdır Boeing-də işləyən Salehpur izah edib ki, problemlər konveyerdə böyük füzelyaj hissələrinin quraşdırılması və bərkidilməsi prosesində baş verən dəyişikliklərlə əlaqədar yaranıb. Onun sözlərinə görə, təyyarənin gövdəsi müxtəlif istehsalçılar tərəfindən təchiz edilmiş bir neçə hissədən ibarətdir. Qovşaqlarda onlar qeyri-bərabər formaya malikdirlər ki, bu da onun fikrincə uçuş təhlükəsizliyinə daha da təsir edir.

Boeing həqiqətən istehsal dəyişikliklərinin edildiyini etiraf etdi, lakin şirkətin sözçüsü Paul Lewis əmin etdi ki, onlar “təyyarə korpusunun gücünə və ya təhlükəsiz dayanıqlığına təsir göstərməyib”.

Mənbə: The New York Times