Böyük ölçülü model Miss Alabama müsabiqəsinin qalibi olubbackend

Böyük ölçülü model Sara Milliken Miss Alabama gözəllik müsabiqəsinin qalibi olub və dərhal tənqidlərlə üzləşib. Bu barədə “The Sun” məlumat yayıb.

23 yaşlı model fiquru ilə bağlı tənqidlərə məruz qaldıqdan sonra nifrət edənlərə cavab verməyə tələsdi. Rəqiblərdən biri müsabiqəyə üçüncü dəfə qatılan Millikenin son dərəcə qeyri-sağlam olduğunu və Alabama üçün biabırçı olduğunu bildirib.

“Ekranınıza yazdığınız şey insanlara böyük təsir göstərə bilər. Baxmayaraq ki, mən artıq bu mərhələni keçmişəm, bu cür zorakılıq insanları özlərinə nəsə etməyə məcbur edə bilər”, – Sara Milliken bildirib.

Mənbə: The Sun