Britaniya Əmək Partiyası Fələstinin tanınmasını seçki platformasına daxil edəcəkbackend

Qarşıdan gələn parlament seçkilərində qələbəyə əsas namizəd hesab edilən Böyük Britaniyanın müxalif Leyboristlər Partiyası seçki proqramına Fələstinin müstəqil dövlət kimi tanınması məsələsini daxil edəcək. Bu barədə məlumatı “The Guardian” qəzeti öz mənbələrinə istinadən yayıb.

Seçki manifestinin yekun variantının iyunun 7-də təsdiqlənməsi, sonra isə iyunun 13-də ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Fələstinin tanınması Yaxın Şərqdəki münaqişənin həlli çərçivəsində seçki proqramının bir hissəsi kimi təklif olunacaq.

Qəzetin yazdığına görə, Leyboristlər Partiyasının lideri Keir Starmer uzun müddətdir Fələstin məsələsində daha çox tədbir görülməsini tələb edən partiyanın sol qanadından dəstək axtarır. Onlar Starmeri İsrailin Qəzza zolağında itkilərə səbəb olan hərbi əməliyyatlarını açıq şəkildə pisləmək istəmədiyinə görə tənqid ediblər.

Mənbə: Lenta.ru