Britaniya özünün hipersəs raketlərini yaratmağı planlaşdırırbackend

Böyük Britaniya özünün hipersəs qanadlı raketlərini inkişaf etdirməyi və 2030-cu ilə qədər istifadəyə verməyi planlaşdırır. Bu barədə Daily Telegraph yazır.

Onun sözlərinə görə, Böyük Britaniya Silahlı Qüvvələri raketlərin Mach Beş sürətindən yüksək sürətlə uça bilməsini və tamamilə yeni silahların yalnız krallığın alimləri tərəfindən işlənib hazırlanmasını və istehsal olunmasını istəyir.

Britaniya Müdafiə Nazirliyindəki adı açıqlanmayan mənbə nəşrə bildirib ki, “Bu kimi qabaqcıl layihələr yalnız hökumətin bu həftə müdafiə innovasiyasına qoyduğu böyük yeni sərmayə sayəsində mümkündür”.

Mənbə: Daily Telegraph