Kemeron zarafat qurbanı olubbackend

Böyük Britaniyanın xarici işlər naziri və keçmiş baş nazir Devid Kemeron zarafatların qurbanı olub. Bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Britaniya Xarici İşlər Nazirliyinin hesabatında Kemeronun prankerlərlə söhbətinin “son günlərdə” baş verdiyi, həmçinin prankerlərin Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun adı altında gizləndiyi göstərilirdi.

Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələrinin sözlərinə görə, Kemeron həmsöhbətin fırıldaqçı olduğundan şübhələndikdən sonra söhbəti dayandırıb – “Poroşenko” Camerondan üçüncü tərəflərin konkret məlumatlarını istəyib.

Mənbə: TASS