Britaniyada III Karlzın adı olan əskinasların buraxılış tarixi açıqlanıbbackend

Böyük Britaniya Kral III Çarlzın təsviri olan əskinasları 5 iyun 2024-cü il tarixindən dövriyyəyə buraxmağa başlayacaq. Bu barədə İngiltərə Bankının bəyanatında deyilir.

Köhnəlmiş əskinasları əvəz etmək üçün yeni əskinaslar çap olunacaq. Tənzimləyici qeyd edir ki, II Yelizavetanın portreti olan əskinaslar dövriyyədə olmaqda davam edəcək.

Dekabr ayında Britaniya mərkəzi bankı III Çarlzın təsviri olan yeni əskinasların dizaynını təqdim etdi. Kralın portreti £5, £10, £20 və £50-lıq əskinaslarda görünəcək. Monarxın profili əskinasların ön hissəsində, həmçinin Big Ben-in yanındakı təhlükəsizlik pəncərəsində kameo kimi görünəcək.

Mənbə: A Haber