Bu şəxslər 190 manat ala bilməyəcəkbackend

“Ailənin bir üzvü əməkhaqqı alırsa, digər ailə üzvlərinə yardım edilməyəcək”.

O cümlədən ailə üzvlərindən ən az bir üzvü dövlətdən ödəmə alırsa, yəni pensiya, təqaüd, ünvanlı sosial yardım və digər ödəmələr həmin şəxslərə işsizlikdən müavinət verilməyəcəkdir.

Bundan savayı, ailədə ər və arvaddan biri sahibkarlıqla məşğuldusa, onlara da bu müavinət verilməyəcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, son günlər işsizliklə bağlı müavinət almaq üçün hazırda işləyən sahibkarlar da müraciət edir: “Müraciətlərin 60 faizi bunları əhatə edir. Bu da bizim işimizi, prosesi ləngidir. Tələbələr, hərbçilər, adına pay torpağı olanlar işsiz hesab edilmir. Biz istənilən müraciəti elektron qaydada yoxlayırıq. Artıq 10 mindən artıq müraciət emal edilib”.

Bütün müraciətlər araşdırılır və ailənin gəlirləri müəyyən edilir.

İctimai.az