Almaniya Bundestaqının üzvü Sara Vaqenknext bildirib ki, Almaniya kansleri Olaf Şolz Rusiya Federasiyası ərazisində yerləşən hədəflərə qarşı alman silahlarından istifadə etmək qərarını açıq şəkildə izah etməlidir. Bu barədə Funke media qrupu məlumat yayıb.
Vaqenknext Almaniya kanslerinin öz ölkəsi üçün təhlükəsizlik təhdidinə çevrildiyini vurğulayıb. Alman silahlarının Rusiyada istifadəsi son nəticədə Almaniyanın özünə müharibə gətirəcək. Millət vəkili bundan sonra da eskalasiyanın milyonlarla almanlara təsir edəcəyindən və üçüncü dünya müharibəsinə səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib.
Bununla əlaqədar Vaqenknext Şolzdan kursun dəyişməsi ilə bağlı rəsmi hökumət bəyanatı verməsini tələb edib.
Mənbə: TASS