Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcəkbackend

Cənubi Koreyanın Kiber Əməliyyatlar Komandanlığı Şimali Koreyadan artan təhlükəsizlik təhdidləri fonunda ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli kiber təlimdə iştirak edəcək. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən Yonhap agentliyi məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Cənubi Koreyanın doqquz hərbi qulluqçusu ABŞ-ın Virciniya ştatında bazar günündən şənbə gününə qədər keçiriləcək Kiber Bayraq onlayn təlimində iştirak edəcək. Təlimin məqsədi kibertəhlükələrə qarşı mübarizədə və düşmənin kiberhücumlarına dair kəşfiyyat məlumatlarının mübadiləsində çoxmillətli əməkdaşlıq bacarıqlarını təkmilləşdirməkdir.

ABŞ Kiber Komandanlığı 2011-ci ildən bəri hər il oxşar təlimlər keçirir;

Mənbə: TASS