Çin ABŞ-ın Rusiya və Ukrayna arasında danışıqlara icazə verməyəcəyini bildiribbackend

Ukrayna prezidenti Vladimir Zelenskinin 1991-ci il sərhədində şərtlər olmadan Rusiya ilə danışıqların mümkünlüyü ilə bağlı açıqlamaları Qərbə təzyiq etmək üçün hiylədir. Hərbi ekspert Lianq Yonçun bu barədə Çin Milli Radiosuna (CNR) müsahibəsində bildirib.

Onun fikrincə, ABŞ-ın yardımı dayandırıldığı, Avropanın yardımı isə məhdud həcmdə göstərildiyi üçün Ukraynanın təkbaşına cəbhədə vəziyyəti saxlamaq çətinləşib.

“Beləliklə, sülh danışıqları tələbi həm əlverişsiz hərbi vəziyyətin yaratdığı məcburi zərurətdir, həm də Qərbə yönəlmiş gizli yardım çağırışıdır”, – ekspert bildirib.

Mənbə: TASS