Çin Birləşmiş Ştatlar rəsmilərindən “bir Çin” prinsipinə riayət etməyi tələb edir, Pekin Amerika Konqresi üzvlərinin Tayvana səfərlərini məqsədəuyğun hesab etmir.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin brifinqdə bildirib.
“Çin Birləşmiş Ştatlardan “vahid Çin” prinsipinə riayət etməyi və Konqres üzvlərinin Tayvana səfərlərini təşkil etməkdən çəkinməyi tələb edir”, – o vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Amerika Konqresi ÇXR ilə münasibətlərdə qeyd olunan xarici siyasət xəttinə əməl etməlidir. Venbinin sözlərinə görə, ABŞ-ın nüfuzlu şəxslərinin Tayvana səfəri “vahid Çin” prinsipinin əhəmiyyətli dərəcədə pozulmasıdır.
Mənbə: A Haber