Çin Cənubi Çin dənizində Amerika esminesini “qovur”backend

Çin hərbçiləri mayın 10-da Cənubi Çin dənizindəki Parasel adalarının ərazi sularına daxil olan Amerikaya məxsus USS Halsey hərbi gəmisinin hərəkətlərini izləyib və onu “qovub”.

Reuters xəbər verir ki, bu barədə Cənub Əməliyyat Teatrında Çin Xalq Azadlıq Ordusunun komandanlığı məlumat yayıb.

“ABŞ-ın hərəkətləri Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozdu. Bu, onun naviqasiya hegemonluğunun və Cənubi Çin dənizinin hərbiləşdirilməsinin daha bir sərt sübutudur”, – komandanlığın bəyanatında deyilir.

Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar esminesin Parasel adaları yaxınlığında “beynəlxalq hüquqa uyğun” hərəkət etdiyini cavablandırıb.

Daha əvvəl bildirilmişdi ki, Pentaqonun “Çinlə mümkün münaqişəyə” hazırlıq fonunda American Switchblade 600 sursatının istehsalı üçün maliyyəni artırmaq niyyətindədir.

Mənbə: Reuters