Qeyri-strateji nüvə təlimləri Qərbi Rusiyanın Ukraynada sona qədər döyüşmək əzmini nümayiş etdirir. Bu barədə Çinin “Global Times” qəzeti çinli ekspertlərin rəyinə istinadən yazır.
“Təlim bütün prosesi, o cümlədən “İsgəndər” taktiki raketləri və hipersəs raket sistemləri ilə təchiz edilmiş qoşunların yerləşdirilməsini əhatə edir. Əsas məqsəd iki müasir taktiki raket sistemindən istifadə etməklə taktiki nüvə zərbələri endirmək imkanını nümayiş etdirməkdir”, – hərbi ekspert Vey Donqxu deyir.
Onun həmkarlarının fikrincə, qeyri-strateji nüvə təlimləri Qərbə, ilk növbədə ABŞ və Britaniyaya nümayiş etdirəcək ki, Rusiyanın lazım gələrsə, nüvə silahı da daxil olmaqla, özünü müdafiə etmək əzmi var. Təlimin ikinci məqsədi NATO ölkələrini eskalasiya dərəcəsini xaotik şəkildə artırmağı dayandırmağa təşviq etməkdir.
Mənbə: TASS