Çin Ukraynanın “müharibə sponsorları” siyahısından imtina etməsini alqışlayırbackend

Pekində Kiyevin “müharibə sponsorları” siyahısını saxlamaqdan imtina etmək qərarına müsbət münasibət var. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

“Çin Ukraynanın siyahıdan çıxmaq qərarını alqışlayır”, – o qeyd edib və Pekinin əvvəllər Çin şirkətlərinin sözügedən siyahıya daxil edilməsinə mənfi münasibət bəslədiyini vurğulayıb.

Bundan əvvəl Reuters öz mənbələrinə istinadən xəbər vermişdi ki, Çin və Fransa kimi bəzi ölkələrin təzyiqi ilə Ukrayna “müharibə sponsorları” siyahısından çıxa bilər.

Mənbə: TASS