Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum olubbackend

Çinin dövlət şirkəti CAS Space 2028-ci ildə kommersiya suborbital uçuşlara başlamaq niyyətini açıqlayıb. Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.

CAS Space-in dəqiqləşdirdiyi kimi, “kosmik turist gəmisi”nin sınaqları 2027-ci ildə keçiriləcək. Təqdim olunan xüsusiyyətlərə görə, layner yeddi nəfərə qədər sərnişin daşıya biləcək. Onlar dörd panoramik pəncərəsi olan salonda yerləşdiriləcək.

Şirkət səyahətçiləri növbə ilə kosmosun kənarına aparacaq 10 gəmi ilə yeni tikilmiş aerokosmik parkdan hər 100 saatdan bir buraxılışlar təşkil etməyi planlaşdırır. Bir biletin qiyməti təxminən 3 milyon yuan və ya 415,1 min dollar təşkil edəcək.

Mənbə: Reuters