Çində ukraynalı diplomatlara qarşı soyuq münasibət bəlli olubbackend

Çin ölkədə yerləşən ukraynalı diplomatlara soyuq münasibət bəsləyir və Ukraynada münaqişə başlayandan bəri Vladimir Zelenski və Si Cinpinq yalnız bir dəfə əlaqə saxlayıblar.

Bu barədə Bloomberg Ukrayna böhranının həllində Çinin rolu haqqında məqaləsində yazır.

Mətndən belə görünür ki, Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui martın 2-də Rusiyaya səfər edib, daha sonra isə münaqişənin siyasi yolla həlli üçün Ukraynaya və bir sıra Avropa ölkələrinə səfər etməli olub. Bununla belə, Bloomberg-ə görə, onun səfərinin münaqişənin həlli üçün mənalı qərara gətirib çıxaracağına ümidlər azdır.

Adı açıqlanmayan avropalı diplomatın sözlərinə görə, Çin nümayəndəsinin səfəri tələsik təşkil olunub.

Materialda həmçinin qeyd olunur ki, “Ukrayna səfiri Pavel Ryabikin ötən ilin yayında Çinin paytaxtına gəlişindən bəri 40-a yaxın müxtəlif nazirlik və bələdiyyəyə sorğu göndərməsinə baxmayaraq, yalnız bir neçə görüş təmin edib”.