Daha bir ölkə UNRWA-nı maliyyələşdirməyi dayandırıbbackend

Estoniyanın xarici işlər naziri Margus Tsahkna bildirib ki, Tallinn BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyini (UNRWA) maliyyələşdirməyə davam etməyəcək. Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tsahkna yazıb: “Mən bu iddiaların tez və dərin araşdırılmasına çağırıram”.

Bundan əvvəl İsrail Xarici İşlər Nazirliyinin rəhbəri UNRWA-nı Fələstinin HƏMAS hərəkatı ilə əməkdaşlıq edən departament adlandırıb. O, həmçinin bildirib ki, İsrail bir sıra Qərb ölkələrinin agentliyin maliyyələşdirilməsini dayandırmaq qərarlarını alqışlayır və təşkilatın Qəzza zolağındakı fəaliyyətini tamamilə dayandırmağa sadiqdir.

Mənbə: TASS