Donald Trampın məhkum edilməsi Co Baydenə zərər verə bilərbackend

ABŞ-ın keçmiş prezidenti Donald Trampın mühakimə olunması hazırkı dövlət başçısı Co Bayden üçün təhlükə yaradır.

Bu barədə “Politico” qəzeti yazır.

Qəzetin yazdığına görə, ABŞ prezidentinin komandası hazırda “çətin dövr” yaşayır. Onun rəqibinin məhkumluğu diqqəti bir neçə gündən sonra silah ittihamı ilə mühakimə olunacaq oğlu Hunter Baydenin məhkəməsinə yönəldəcək.

Bu vəziyyət respublikaçılara “hücuma keçmək” imkanı verəcək. Lakin qeyd edilir ki, hazırda belə bir işin presedent olması səbəbindən məhkəmə qərarının təsirini proqnozlaşdırmaq çətindir.

Mənbə:  CNN Türk