Əfqanıstanda avtobusun yanması nəticəsində 21 nəfər ölübbackend

Əfqanıstanın cənubunda avtobusun iştirakı ilə baş verən qəzada azı 21 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məlumata görə, Hilmənd vilayətində magistral yolda avtobus, motosiklet və yanacaq çəni daşıyan yük maşını toqquşub.

Hadisə nəticəsində avtobus yanıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.