Ən böyük qırğın: Papua tayfaları arasında baş verən toqquşmalarda 53 nəfər ölübbackend

Papua Yeni Qvineya polisi ölkənin yüksək dağlıq ərazilərində törədilən qırğında ən azı 53 nəfərin öldüyünü bildirib. Bu barədə ABC yazır.

Polis inanır ki, kişilər Enqa əyalətində pusquda həlak olublar. Hadisə yaxın tarixdə ölkənin yüksək dağlıq ərazilərində baş verən ən böyük qırğın kimi səciyyələndirilib.

“Bu, Papua Yeni Qvineyadakı ənqada və bəlkə də bütün dağlıq ərazilərdə gördüyüm ən böyük qətldir” deyə Papua Yeni Qvineya Kral Polis İdarəsinin rəisi vəzifəsini icra edən Corc Kakas əlavə edib.

Mənbə: ABC