Ermənistanda daşqın: Binalar dağılıb, ölən varbackend

Ermənistanın şimalında daşqınlar nəticəsində azı bir nəfər ölüb, binalar və infrastruktur dağılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Rusiya Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu” İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə hərəkət edən qatarların hərəkətini relslərdə baş verən sürüşmə səbəbindən dayandırıb.

Qeyd edək ki, daşqınlar nəticəsində Ermənistan-Gürcüstan avtomobil yolu da bağlanıb.

Mənbə: TASS