Ferrari səhmləri yeni sürücü ilə müqaviləyə görə 13% bahalaşıbbackend

Yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmiltonun 2025-ci ildən Formula 1 sinfində zavod komandası üçün mübarizə aparacağı xəbərindən sonra İtaliyanın avtomobil istehsalçısı Ferrari-nin Nyu-York Birjasında səhmləri 13%-dən çox bahalaşıb. Bu barədə TASS məlumat yayıb.

Fevralın 1-də ticarət sessiyası başlayandan şirkətin səhmləri 13,15% artaraq 1 səhm üçün 391,42 dollar təşkil edib. Moskva vaxtı ilə saat 22:44-ə olan məlumata görə, Ferrari səhmləri 388,93 dollara satılırdı.

Bildirilir ki, səhm qiyməti, o cümlədən maliyyə hesabatlarının dərci hesabına artıb, buna görə konsernin 2023-cü maliyyə ili üçün gəliri 17,2% artıb.

Mənbə: TASS