İsveç və Fransa qırıcıları Finlandiya hava məkanında təlim uçuşu həyata keçirib.
Bu barədə Finlandiya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.
“Finlandiyanın F/A-18 Hornet, İsveçin JAS 39 Gripen və Fransanın “Rafale” qırıcıları, həmçinin A330 MMU tanker təyyarəsi hava məkanına birgə eniş həyata keçirib”, – məlumatda deyilir.
Bundan əvvəl hərbi ekspert Aleksandr Stepanov bildirmişdi ki, Qərb ölkələrinin Finlandiyada keçirdiyi “Lightning Strike 24” təlimləri NATO-nun Rusiya ilə döyüş əməliyyatlarına hazırlığının simvoludur. O xatırladıb ki, NATO-nun hərbi təlimləri Finlandiya Laplandiyasında Şimali Avropada ən böyük olan Rovajarvi poliqonunda keçiriləcək. Ekspert bu təlimlərin Rusiya Federasiyası ilə sərhəddən cəmi 100 kilometr aralıda keçiriləcəyinə xüsusi diqqət çəkib.